Talıb Taleh haqqında

Otobiyografi

Otobiyografi Talıb Taleh haqqında
Talıb Tale 1981-ci il 16 fevralda Göyçə mahalının Ağkilsə kəndində, Aşıq Ələsgərin ocağında dünyaya göz açıb. Ailədə dörd uşaqdırlar. Talıb ailənin 3-cü övladıdır.[1] Azərbaycanlıların Ermənistandan köçürülməsi nəticəsində 1988-ci ildə doğulduğu kənddən ailəsi ilə birlikdə Göygöl rayonuna köçmüşdür. Göygöl rayonundakı Səməd Vurğun adına 3 nömrəli orta məktəbə daxil olmuş və əla qiymətlərlə orta məktəbi bitirmişdir. Ali təhsilini isə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsində almışdır. Talıb Tale sazda ifa etməyi bacarır. Aşıq Ələsgərin "Tellərin" şeirinə yeni aranjımanda musiqi bəstələyib və ifa edib. Talıbın oxuduğu bəzi mahnıların söz və musiqiləri özünə aiddir 1998-ci ildə "Yeniyetmələr arasında keçirilən kinqboksinq üzrə respublika cempionatı"nda birinci yerə layiq görülmüşdür. 2017-ci ilin oktyabr ayında keçirilən "Maşın" realiti-şousunun 15-ci "sürəti"ndə qalib olmuşdur.
Реклама