Sevda_Yəhyayeva

Otobiyografi

Otobiyografi Sevda_Yəhyayeva
Yahyayeva Sevda Təbriz qızı 1985-ci il dekabrın 28-də hərbçi ailəsində Rusiya Federasiyası Amur vilayətinin Konstantinov rayonunda anadan olmuşdur.Orta təhsilini Azərbaycan Respublikası Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 2 saylı orta məktəbdə almışdır.Orta təhsil aldığı zaman 1995-ci ildə Qobu 1 saylı musiqi məktəbinin fortopiano bölməsinə daxil olmuşdur. Ali təhsil almaq üçün Milli konservatoriyanın solo və xanəndəlik (Muğam) fakultəsinə daxil olmuş və hal-hazırda təhsilini davam etdirir. 1998-ci ildə ilk dəfə efirə Azərbaycan Televiziyasinda yayımlanan İSTEDAD SORAĞI verilişində çıxış edib. 2002-ci ildə Lalə qızlar ansamblına daxıl olmuş və ilk müəlliməsi Azərbaycanın xalq artisti Ceyran Haşımova olmuşdur. 2005-ci ildə Azad Azərb aycan telekanalında yayımlanan YENİ ULDUZ müsabiqəsinə qatılmış və müsabiqəni 3-cü yerdə uğurla başa vurmuşdu. 2007-ci ildə İlk bəstəkar mahnısı sözləri Leyli və musiqisi Pərviz Mahmudova məxsus olan ’’ O ZAMAN ‘’ adlı mahnısıyla gündəmə gəlmişdir. 2008-ci ildə müğənni karyerasının ilk ’’ O ZAMAN ‘’adlı albomu işıq üzü görüb.Bu illər ərzində albomunda yer alan ‘’ O ZAMAN ’’ adlı mahnısına klip çəkdirmişdir. 2009-cu ildə ’’ SƏNSİZ ‘’ adlı mahnısına klip çəkdirmişdir. 2010-cu il yanvarın 22-də Gənc tamaşaçılar teatrında xalq artisti Teymur Göyçayevin bədii rəhbərliyi altında Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestrı ilə birlikdə '' Eşqimdə tapmışam Səadətim '' adlı solo konsertini vermişdir. Azərbaycanı ölkə hududlarında layiqincə təmsil edən müğənni Rusiya Federasiyasının Новинки музыки на телефон Kislovodsk şəhərində keçirilən " XXI əsrin Kumiri " adlı festivalda Grand Pri-yə layiq görülmüşdür. 2011-ci ildə " Eşqimdə tapmışam səadətimi ’’ adlı solo konsertinin diski (CD/DVD) və ikinci “DİNLƏ” adlı albomu işıq üzü görüb. 2011-ci ildə "Tut əlimdən" və "Tiq Tıq Xanım" mahnılarına və bundan əlavə Türkiyənin İstanbul şəhərində "Gecdir daha" - adlı mahnısına klip çəkdirmişdir 2011-ci ildəYuxu adlı solo konsert proqramını həyata keçirmişdir 2012-ci il Fevral ayının 18-də Heydər Əliyev adına sarayda "Tut Əlimdən" adlı solo konsertini keçirmişdir 2012-ci il Aprel ayının 26-da "Eşqimdə tapmışam səadətimi" adlı solo konsert proqramına görə İlin Konserti nominasiyası üzrə Grand mükafatına layiq görülmüşdür. 2012-ci il İyun ayının 10-da Rafetel Roman ilə birlikdə konsert keçirmişdir. 2012-ci il Sentyabк ayının 8-də Dj Erdi Erdoğan ilə birlikdə konsert keçirmişdir. 2012-ci il oktyabr ayında Sevənlərin Ulduzu adlı albomu işıq üzü görüb 2012-ci il oktyabr ayında sözləri Aygün İsmayılova və müsiqisi Pərviz Mahmudovaya aid Sən adlı mahnısına Batumidə klip çəkilmişdir.
Реклама